Dünya
Jirinovski: Sizi elə əzəcəyik ki... (VİDEO)
Ukrayna böhranı ilə əlaqədar Rusiyaya qarşı Qərbin yeni
sanksiyaları bu gündən qüvvəyə minib.
ANS TV-nin Moskva bürosunun məlumatına görə, Avropa Birliyi Rusiya
Federasiyasının 3 iri müdafiə konserni və 3 yanacaq-enerji
şirkətinin maliyyələşdirilməsinə qadağa qoyur. Bundan başqa Avropa
Birliyindən olan hüquq-fiziki şəxlər bundan sonra 5 iri Rusiya
Dövlət Bankına kredit ayıra bilməyəcək. Rusiya tərəfi sanksiyaların
cavabsız qalmayacağını bəyan edir. Moskvada artıq etirazlar da
başlayıb.
Daha öncəki sanksiyalara Qərb ölkələrindən qida məhsullarının
idxalını qadağan edərək qarşılıq verən Rusiyanın bu sanksiylara
qarşı da səssiz qalmayacağı gözlənilir.
Yeni siyahıya Rusiyanın “Rosneft”, “Transneft” və “Qazpromneft”
şirkətləri salınıb. Onlar Avropadan kredit və maliyyə yardımı ala
bilməyəcəklər. Bundan başqa sanksiyalar Rusiyanın “Kalaşnikov” kimi
iri müdafiə konsernlərinə də tətbiq edilib. Qərbin qara siyahısına
salınan şəxslər sayı da artıb. 24 nəfərin əlavə olunduğu siyahıda
deputat Vladimir Jirinovskinin də adı var. Jirinovski isə deyir ki,
bu tədbirlər Avropanın özünə daha çox ziyan vuracaq və Rusiya
onlara təslim olmayacaq.
Duma üzvü Vladimir Jirinovskinin sözlərinə görə, Qərb Rusiyadan
qorxur.
“Çünki bilirlər ki, biz Mariopolu, daha sonra Donetski, Luqansk,
Xarkov və digər bölgələri də ələ keçirməliyik. Qorxurlar ki,
Novorossiya Kiyevdən tam müstəqil olacaq. Ona görə də bizi
qorxutmaq üçün sanksiya tətbiq edirlər. Ancaq rusları qorxuda
bilməyəcəklər. Sanksiylara cavabımız daha sərt olacaq. La-Manş
sahillərində sizi elə əzəcəyik ki, 21-ci əsrin ortalarına qədər
özünüzə gələ bilməyəcəksiniz”, deyə Jirinovski bildirib.
Rus politoloq Aleksandr Qusev isə Qərbin sanksiylarının Rusiya
iqtisadiyyatına təsiri çox güclü olacağını qəbul etməklə yanaşı,
Rusiyanın da Qərbə lazımi cavabı vermək üçün kifayət qədər güclü
olduğuna inanır.
"Rusiyanın imkanı var ki, Qərbə lazımı cavabı versin. Ən başda
bankçılıq sektorunda antisanksiya tədbirləri almalıyıq. Daha sonra
sənayə və avtomobil mallarının Avropadan idxalını dayandırmalıyıq.
Bütün bu tədbirlər Qərbi Avropa ölkələrini iqtisadiyyatına ciddi
zərbə olacaq", deyə politoloq bildirib.
Rusiyaya dəymiş ziyanla bağlı rəsmi rəqəmlər olmasa da, mətbuat
Qərb mənbələrinə istinadən yazır ki, sanksiyalar Rusiya
iqtisadiyyatına bu il 23 milyard avro dəyərində ziyan vurub.
Gələn il isə bu rəqəmin 75 milyard avroya çatacağı gözlənilir.
Hələlik isə yeni sanskiyalar ən çox rus rublunun ABŞ dolları
qarşısında rekord dəyər itirməsi ilə özünü göstərir. Bu gün 1 ABŞ
dolları 38 Rus rubluna satılır.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO