Dünya
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Türkiyədə gəlin maşının qabağını kəsən uşaqlar cərimə
ediləcək.
ANS PRESS-in məlumatın görə, yeni qərar avtomobil şüşəsi silən,
dəsmal, çiçək, hədiyyəlik əşya satan, toy karvanının önünü kəsərək
öz həyatına və ətrafdakıları təhlükəyə atan uşaqların ailələrinə
tətbiq ediləcək. Yəni, qanun pozuntusuna görə, sözügedən uşaqların
ailələri cərimə ediləcək.
Bu qərar hələlik Türkiyənin Uşak vilayətinin valiliyinə şamil
edilir. Bölgədə bütün qovşaq, prospekt, park və buna bənzər
cəmiyyətə açıq məkanlarda nəqliyyatın və piyadanın hərəkətinə maneə
törədən addımların qarşısı alınacaq.
Valilikdən bildirilib ki, gələcəyin təminatı olan uşaqların sağlam
və etibarlı olmayan mühitlərdə çalışmaq məcburiyyətində qalması
onların bədən, ruh və əxlaqi inkişaflarına mənfi təsir
göstərir.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı