Dünya
Kerri: "Misir İŞİD-i dayandıra bilər"
Hazırda Yaxın Şərqdə səfərdə olan ABŞ-ın Dövlət katibi Con Kerri Misirin İraq Şam İslam Dövləti (İŞİD) təşkilatı tərəfindən dəstəklənən fikirlərə qarşı çıxaraq, terroru dayandırmaqda əhəmiyyətli rol oynaya biləcəyini söyləyib.
Publika.az-ın “TRT Haber”ə istinadən məlumatına görə, o, bu fikirləri Misirdə bəlli çevrilişdən sonra hakimiyyətə gələn prezident Əbdülfəttah əs-Sisi və Ərəb Birliyinin baş katibi Nebil əl-Ərəbi ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib. Kerri bildirib ki, Misir rəhbərliyi xüsusilə Sina yarımadasında "terror və radikallıqla" mübarizədə ön sıralarda dayanır.
"Misir İŞİD tərəfindən dəstəklənən fikirlərə qarşı çıxaraq, terroru sonlandırmada əhəmiyyətli rol oynaya bilər" deyən Kerri, eyni zamanda, Misir və Ərəb Birliyinin İŞİD-lə mübarizə məsələsində beynəlxalq ittifaq yaradılmasını dəstəklədiyini dilə gətirib. O, vurğulayıb ki, yaranmış böhranın həlli məqsədi ilə daha çox ölkənin bir araya gətirilməsi üçün yollar axtarılır: "Misir və Ərəb Birliyinə İŞİD-lə mübarizə məsələsində verdikləri dəstəklərdən ötəri minnətdarıq. Misirli səlahiyyətlilərlə etdiyimiz görüşmələr İŞİD hər kəs üçün təhlükə halına gəlmədən radikallıq və terrorla mübarizə ehtiyacına yönəlib".
Nail Cəlil
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...