ABŞ-ın Suriyadakı bazasına raket zərbələri endirildi
Bizi izləyin

Dünya

ABŞ-ın Suriyadakı bazasına raket zərbələri endirildi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyadakı ABŞ bazasının raket atəşinə tutulduğunu, xəsarət alan olmadığını bildirib. Baza özü də zədələnməyib.

Publika.az xəbər verir ki, CENTCOM-un məlumatına görə, Əl-Şəddadidəki patrul bazasına iki raket atılıb.

Qeyd edək ki, hücumda kimin əli olduğu hələ məlum deyil. Üçüncü buraxılmamış raket də tapılıb.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm