Rusiya və Çinin qırıcıları Cənubi Koreyanın müdafiə zonasına daxil oldu
Bizi izləyin

Dünya

Rusiya və Çinin qırıcıları Cənubi Koreyanın müdafiə zonasına daxil oldu

Cənubi Koreya hakimiyyəti Çin 2, Rusiyanın 6 təyyarəsinin hava hücumundan müdafiə zonasına daxil olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatı Seulun Birləşmiş Qərargahı təsdiqləyib.

Təyyarələr arasında Çinin H-6 bombardmançıları, həmçinin Rusiyanın Tu-95 bombardmançı və SU-35 qırıcısının olduğu deyilir.

Eyni zamanda, hərbi təyyarələrin hava hücumundan müdafiə zonasından keçdiyi, lakin Cənubi Koreyanın hava sərhədlərini pozmadığı bildirilir.

Pekin və Moskva birgə hava təlimləri keçirdiyinə görə, buna cavab olaraq Cənubi Koreya hakimiyyəti F-15K qırıcılarını havaya qaldırıb.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm