Tesla ilk elektrik traktorunu təqdim etdi - VİDEO
Bizi izləyin

Dünya

Tesla ilk elektrik traktorunu təqdim etdi - VİDEO

Tesla ilk elektrik traktorunu təqdim edib. Təqdimatda şirkətin rəhbəri İlon Mask iştirak edib. O, traktorun sükanı arxasında səhnəyə çıxıb.

Publika.az xəbər verir ki, İlon Mask deyib:"Bu bir fildir, amma çita kimi hərəkət edir. Tez sürətlənir və tez də yavaşlayır".

Şirkətin məlumatına görə, traktor doldurulmadan 500 mil (təxminən 800 km) qət edə bilir. Eyni zamanda, qoşqunun yükgötürmə qabiliyyəti 37 tona yaxındır. Maskın sözlərinə görə, traktor “ultra sürətli enerji doldurma” ilə təchiz edilib. Onu tam doldurmaq üçün nə qədər vaxt lazım olacaq, o, dəqiqləşdirməyib.

Mask həmçinin avtomobilin pilotsuz idarəetmə sistemi ilə təchiz edilib-edilməyəcəyini və Tesla-nın yaxın gələcəkdə nə qədər belə traktor buraxmaq niyyətində olduğunu qeyd etməyib.

Qeyd olunur ki, Tesla yük maşınları ilk olaraq “Pepsi”yə təhvil veriləcək.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm