Daha bir ölkədə eynicinslilərin nikahı qanuniləşdirildi
Bizi izləyin

Dünya

Daha bir ölkədə eynicinslilərin nikahı qanuniləşdirildi

Qanunda qeyd edilir ki, dini təşkilatlar homoseksualların nikah mərasimini aparmağa məcbur edilə bilməz

Ötən gün Şotlandiya parlamenti eynicinslilərin nikahlarına icazə verən qanun qəbul etdi.

Anspress-in BBC-yə istinadən verdiyi məlumata görə, regionda ilk eynicinslilərin toyu oktyabr ayında keçirilə bilər.

"Qanun 105 səs çoxluğu ilə qəbul edilib. Qanun əleyhinə isə parlamentin 18 üzvü səs verib. Qərarı şotland hökuməti alqışlayıb. Amma 2 böyük Şotlandiya kilsəsi qanunun əleyhinə qəti etiraz edib”, - deyə televiziya məlumat verir.

Qanunda qeyd edilir ki, dini təşkilatlar homoseksualların nikah mərasimini aparmağa məcbur edilə bilməz.

Səsvermə zamanı homoseksualların hüquqlarını qoruyan təşkilatlar parlament divarları qarşısında mitinq keçirib.

Homoseksualların nikahına icazə verən qanun İngiltərə və Uelsdə də qəbul edilib. Sadəcə Şimali İrlandiyada homoseksualların nikahı qanuni səviyyədə qəbul edilmir.

Qeyd edək ki, eynicinsli nikahlara icazə verən qanun dünyanın 16 ölkəsində qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm