Dünya
“Rustavi 2” gürcü naziri ifşa etdi
“Rustavi 2” telekanalı Gürcüstan dövlət başçısının Birləşmiş Millətlər Təşkilatının müvafiq tədbirinə qatılması üçün ölkənin Xarici İşlər Nazirliyi ilə Prezident Administrasiyası arasında yazışmasını təqdim edib.
Axar.az “Qruziya onlayn” saytına istinadən xəbər verir ki, bu süjet ölkə daxilində ciddi müzakirələrə səbəb olub və prezidentlə hörmətsiz davranıldığı vurğulanıb.
Qeyd edilib ki, Gürüstan Xarici İşlər Nazirliyi BMT Baş katibi Pan Ki Munun Prezident Georgi Marqelaşviliyə üvanladığı dəvətnaməni hələ fevralın 25-də alsa da, ölkə başçısına bu barədə bir neçə aydan sonra – iyunun 11-də məlumat verilib. Bir müddət sonra isə - iyulun 7-də Prezident Administrasiyasından XİN-ə Marqelaşvilinin ABŞ-a getməyə hazır olduğu barədə məlumat daxil olub. Lakin bir gün sonra gözlənilmədən nazir Maya Pancikidzenin adından BMT Baş Assambleyasının sözügedən sessiyasına hökumət başçısı İraklı Qaribaşvilinin gedəcəyi ilə bağlı açıqlama verilib.
Beləliklə, “Rustavi 2”-nin xəbər buraxılışının aparıcıları dəvətnamənin bir müddət prezidentdən gizlədilməsini təəcüblə qarşılayıblar.
Xatırladaq ki, ABŞ-a səfər prezidentlə baş nazir arasında müəyyən narazılıqlar yaratmışdı. Məsələyə müdaxilə edən keçmiş baz nazir Bidzina İvanişvili isə dövlət başçısını hökumətin işinə mane olmaqda qınamışdı.
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ