Dünya
Davudoğlu: “Amerikalılar bizim yanımızda gözükölgəlidir”
Türkiyə baş naziri Əhməd Davudoğlu ABŞ-ın Suriya və İraq siyasətinə görə geridə qaldıqları iddia edib.
Publika.az “Xəbər7”-yə istinadən xəbər verir ki, Türkiyə baş naziri Əhməd Davudoğlu Kipr səfərindən sonra qayıdanbaş təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Davudoğlu İŞİD (İraq Şam İslam Dövləti) təhlükəsi ilə əlaqədar olaraq ABŞ-ı tənqid edən açıqlamaları ilə gündəmə damğa vurub.
ABŞ-ın iki ildir Suriya və İraqda İŞİD-in nələr edə biləcəyini və bunların necə təhlükəli olduqlarını izah etdiyini bildirən Davudoğlu ABŞ-ın hal-hazırda Türkiyə qarşısında gözükölgəli olduğunu deyib.
İŞİD-i gücləndirən məsələ
Biz iki ildir ki, bunların olacağını ABŞ-a deyirdik. ABŞ indi bizim yanımızda elə gözükölgəlidir ki... biz deyirdik ki, Azad Suriya Ordusunu dəstəkləyək, silah verək. Ya da burada neytral zona elan edək. İŞİD-in güclənməsinə səbəb burada neytral zonanın elan edilməməsidir. Suriya rejiminə aid qırıcılar Azad Suriya Ordusunu bombaladı. Çünki rejim qorxduğu üçün cəbhə müharibəsinə girmədi. Qırıcıları ilə bombalaması nəticəsində müxaliflər geri çəkilmək məcburiyyətində qaldı. Nəticədə rejim qurudan girə bilmədiyi üçün İŞİD qurudan girərək Rakka və Azzazı ələ keçirdi.
Vüsal Tağı
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO