Dünya
Şimaldan xəbərdarlıq: “Şotlandiyadakı referendum dünya nizamını dəyişdirəcək”
“Şotlandiyadakı bugünkü referendum bütün dünya nizamının dəyişikliyi üçün güclü impuls ola bilər”.
Publika.az-ın rus mediasına istinadən verdiyi məlumata görə, belə bir xəbərdarlıqla Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitənin üzvü İqor Morozov çıxış edib.
O, əminliyi ifadə edib ki, bu hadisə bütün dünyada bir sıra siyasi proseslərin yaranmasına səbəb olacaq doğacaq. İ. Morozovun sözlərinə görə, Şotlandiya presedenti XXI əsrin başlanğıcında milli referendumlar zəncirində final akkordu olacaq.
“Son 15 il ərzində biz Dnestryanı, Abxaziya, Cənubi Osetiya və Krım referendumlarının şahidi olduq. Şotlandiyalılar bu məsələdə nöqtə qoyacaqlar. Dünyanın qarşısında tamamilə yeni proseslər dayanır. Amma Şotlandiya müstəqilliyini əldə etsə də müstəqil dövlət olmaq üçün üzərində çox işləməli olacaq”, - Rusiya Federasiya Şurasının üzvü deyib.
O, Şotlandiyanın müstəqil olacaqğı halda bunun Böyük Britaniya üçün ciddi itki olacağını ifadə edib.
“Böyük Britaniya kifayət qədər ərazini itirir. Eyni zamanda maliyyə bazarlarında Britaniya valyutasının vəziyyəti dəyişəcək. Fərz etmək olar ki, Şotlandiyanın innovasiya iqtisadiyyatı Böyük Britaniyanın iqtisadiyyatından kənarda qalmayacaq. Amma bu artıq sərbəst anklav və iqtisadiyyatını Birləşmiş Krallıqdan asılı olmayaraq dünya iqtisadiyyatı ilə birləşdirəcək. Ona görə də bu Böyük Britaniya üçün hiss olunan itki deməkdir”, - İ.Morozov vurğulayıb.
Ömər Dağlı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq