Dünya
Ərdoğandan İŞİD etirafı -VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Mosul şəhərində İŞİD qruplaşması tərəfindən girov götürülən və 101 günlük əsarətdən sonra dünən azad edilən Mosul konsulluğunun diplomatlarını qəbul edib.
Girovluqdan azad olunan türk diplomatları qarşısında çxış edən
Ərdoğan bunun Türkiyə üçün bir bayram olduğunu deyərək, iradə və
mətanətlə bu anı gözlədikləri üçün onlara təşəkkürünü bildirib:
“Hər hansı türk diplomatının burnu belə qanasaydı özümüzə bunu
bağışlamazdıq. Bu işdə uğursuz olacağımızı heç düşünmədik”.
Türkiyə prezidenti çıxışı zamanı göstərilən təzyiqlərə rəğmən
diplomatların cəsarət nümayiş etdirməsini alqışlayarq, onların
xilas edilməsi üçün Türkiyə hökumətinin atdığı addımları da yüksək
qiymətləndirib.
Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, diplomatların təhlükəsizliyi
əsas vəzifələri olub: “Türkiyə Cümhuriyyətinin etibarını qorumaq
çox önəmli idi. Əgər biz bəzi koalisiya tələblərinə və təkliflərinə
həmin vaxt dərhal “əlbəttə biz də varıq” deyərək cavab verə
bilməzdik. O, zaman dünya nəhəngləri “onu da edək, bunu da edək”
deyirlər. Amma biz dərhal bu işə “bəli” deyə bilməzdik. Çünki bizim
49 canımız var idi, biz onlardan arxayın olmadan addım ata bilmərik
dedik və diplomatlarımızın təhlükəsizliyini, azadlığını düşürənək,
yol xəritəmizi müəyyənləşdirdik. Arxayın olmadan addım atmarıq
söylədik”.
Ərdoğan çıxışında İŞİD-in başını kəsdiyi ingilislərin,
amerikanların yerində türk vətəndaşlarının olmamasını və eyni
aqibəti yaşamaq istəmədiklərini söyləyib.
Xatırladaq ki, 3-ü uşaq olmaqla 49 türk diplomatı iyun ayının 11-də İŞİD tərəfindən girov götürülüb. 3 aydan çox əsirlik həyatı yaşayan diplomatların yeri İŞİD silahlılar tərəfindən 8 dəfə dəyişdirilib. Diplomatlar əsirlikdə yaşadıqları dəhşətli anları dilə gətirmək istəməsələr də bu müddət ərzində çox təhlükələr atlatdıqlarını bildiriblər. (ANS TV)
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı