Dünya
Lavrov: İranı Türkiyə və Suriya ilə təmaslara bağlamaq üçün...
.jpg?v1679502900)
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın Rusiya, Türkiyə və Suriya arasında üçtərəfli təmaslara daxil edilməsi ilə bağlı əldə olunan razılığı açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Lavrov vurğulayıb ki, Rusiya Ankaranın Dəməşqlə münasibətləri normallaşdırmaqda maraqlı olmasını dəstəkləyir və bu istiqamətdə işi inkişaf etdirəcək.
"Təbii ki, indi İranın bu işə cəlb edilməsi ilə bağlı prinsipial razılıq əldə olunub", - nazir Misirin xarici işlər naziri ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, Rusiya, İran və Türkiyə Suriya böhranının nizamlanması ilə məşğul olan “Astana üçlüyü"nün bir hissəsidir.
“Ona görə də məntiqli hesab edirəm ki, Türkiyə-Suriya münasibətlərinin normallaşmasına yardım etmək üçün gələcək təmaslar Rusiya Federasiyası və İran tərəfindən müşayiət olunacaq. İştirakın vaxtı və konkret formatlarına gəlincə, istər hərbçilərin, istər diplomatların səviyyəsi üzərində iş gedir”, - nazir əlavə edib.
Ayşən

-
Hadisə19:30
Oqtay Əliyevin həlak olduğu qəza yeri - VİDEO
-
Hadisə19:24
Xalq artisti aparıcı qızından DANIŞDI: "Lakin qərarı özü verməli idi" - FOTO
-
Hadisə19:00
Dəhşətli qəzada ölən musiqiçi imiş - FOTO
-
ABŞ18:37
Diş fırçası ilə dəlik açıb həbsxanadan QAÇDILAR - FOTO
-
Magazin118:13
Müslüm Maqomayevin onu otağından qovmasından DANIŞDI: "Mənə ağıl öyrədəcəksən?" - VİDEO
-
Cənubi Qafqaz17:55
Sülh müqaviləsi üzərində işləyirik, Laçın yolunu isə... – Mirzoyan
-
Region16:33
Türkiyədə prezidentliyə namizəd azərbaycanlı kimdir?
-
ABŞ16:11
Böhran bütün dünyaya yayıla bilər - Şok ssenari