Dünya
“Freedom House”: “Putin ehtimal ki, bu halda geri çəkilərdi”
“ABŞ Ukraynaya ölümcül silahları verməməklə səhvə yol verdi”.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri “Freedom House” hüquq müdafiə təşkilatının prezidenti Devid Kreymer Ukraynaya silah verməkdən imtina edən ABŞ-ın qərarını şərh edərkən deyib.
ABŞ-ın dövlət katibinin keçmiş müavini olan D.Kreymer Kiyev səfərində qeyd edib ki, ukraynalıların Ukraynanı müdafiə edə bilməsi üçün onlara silah verilməlidir. O, ümid etdiyini bildirib ki, Konqres Ukraynaya dəstək verməsi üçün Ağ Evin fikirini dəyişdirə biləcək. “Freedom House”nin prezidentinin fikrincə, ABŞ Ukraynaya silah dəstəyi məsələsinə noyabr-dekabr aylarında qayıda bilər.
ABŞ-da noyabr ayında Nümayəndələr Palatasına, eyni zamanda Senatın üçdə birinə seçkilərin keçiriləcəyini deyən D.Kreymerin sözlərinə görə, NATO və Qərb daha çox həmrəylik göstərsəydi, Ukrayna hərbi yardım etsəydi, Vladimir Putin ehtimal ki, geri çəkilərdi.
“Putin o halda geri çəkilir ki, onun qarşısında silah dayanıb. Qərbin problemi ondadır ki, biz Putinə çox aydın şəkildə heç nə etməyəcəyimizi göstərdik”, - deyə ABŞ-ın dövlət katibinin keçmiş müavini bildirib.
Ömər Dağlı
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı