Dünya
İnstitut rəhbəri gələcəyi görmək üçün özünü və ailəsini donduracaq - FOTO
ABŞ-nın Krionika İnstitutunun rəhbəri 54 yaşlı Miluoki sakini Dennis Kovalski özünü və ailə üzvlərini "gələcəkdə diriləcəkləri" ümidi ilə maye azotlu kriokameralarda dondurmaq niyyətindədir.
"Mənim nöqteyi-nəzərimə görə, bir vaxtlar ürəyi dayandıqdan sonra işə salmaq mümkün deyildi. Bu gün isə bu, adi hala çevrilib", - o, krionikanın imkanları haqqında fikirlərini açıqlayıb.
Publika.az oxu.az-a istinadən bildirir ki, Kovalskinin sözlərinə görə, ailə üzvlərinin hər biri ölümdən əvvəl və sonra onlara göstəriləcək bu xidmət üçün 28 min dollar ödəyəcək.
O bildirib ki, həyat yoldaşı və üç övladı krionika ilə məşğul olmasalar da, onun şirkətinin müştərisidirlər.
"Onlar razılaşırlar ki, oyanmaq şansı nə qədər kiçik olsa da, buna dəyər. Onlar da gələcəyə kifayət qədər nikbin baxırlar", - deyə alim bildirib.
O, ölümdən qorxmadığını açıqlayıb. "Mən sadəcə gələcəyi görmək istəyirəm. Bu, sanki içimdəki balaca uşağın arzusudur. Başa düşürəm ki, bu işləməyə bilər, amma cəhd etməyə dəyər, elə deyilmi?", - Kovalski yekunlaşdırıb.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO