Dünya
Üç xəvaric qruplaşmasından son qərar
İraq və Suriyada döyüşən xəvariclər tərəfindən yeni strategiya başladılıb.
Axar.az-ın əldə etdiyi məlumata görə, “İslam cəbhəsi”, “Əhrarur-Şam” və “Nüsrət cəbhəsi” adlı qruplaşmalar birgə qərar veriblər. Qərara əsasən, xalqın toqquşmalardan zərər çəkməməsi üçün bazar yerlərinə yaxın mərkəzlərini boşaldırlar. Bu ona hesablanıb ki, ticarət mərkəzləri, bazarlar, qaynar nöqtələr olan ərazilərdə yaşanan terror aktları sivil əhalinin tələfatı ilə nəticələnməsin.
Xəbəri tirajlayan xəvariclərə yaxın mətbuat bununla cihad adı ilə döyüşən terrorçu qrupların imicini düzəltməyə çalışır. Ticarət mərkəzlərinə yaxın yerlərin boşaldılması ordu ilə terrorçuları üz-üzə qoyacaq.
Məlumatda qeyd olunur ki, üç terror qruplaşmasının birgə verdiyi qərar qarşıdurmaların daha da alovlandırılması üçün atılan addımdır. Ehtimal olunur ki, regionda proseslərin yeni fazasına qədəm qoyulacaq. Bazarların boşaldılması da yaxın vaxtlarda başlanacaq qızğın döyüşlərin anonsu kimi qiymətləndirilir. Belə ki, İŞİD-ə qarşı koalisiya daha irimiqyaslı əməliyyatlar həyata keçirməyi planlaşdırır. Yuxarıda qeyd olunan qruplaşmaların bazarları boşaltması da məhz əldə edilən səhih informasiya ilə əlaqədardır. Təkfirçi qruplaşmalar onları gözləyən bombardmanlara qarşı daha yüksək səviyyədə hazırlıq üçün mərkəzi yerləri seyrəkləşdirir.
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO