Dünya
ABŞ-ın Yəməndəki səfirliyinə hücum olub
“Əl-Qaidə: “Bunu intiqam aktı kimi qəbul edin”
“Əl-Qaidə” təşkilatı ABŞ-ın Yəməndəki səfirliyinə raket atdığını etiraf edib. Bu barədə “Reuters” agentliyi xəbər yayıb. Partlayış nəticəsində səfirliyin mühafizəsində çalışan iki nəfər yaralanıb. Terrorçular bəyan ediblər ki, bu, ABŞ-ın Yəmənin şimalında pilotsuz uçaqla həyata keçirdiyi hava zərbələrinə cavab olaraq atılmış intiqam aktı hesab olunmalıdır.
Xəbərdə bildirilir ki, raket səfirlikdən 200 metr kənarda partlayıb. Yəmən hüquq-mühafizə orqanlarının rəhbərləri hesab edirlər ki, atəş tank əleyhinə olan M72 tipli qranatatandan açılıb.
Hücuma məruz qalmış ABŞ səfirliyinin nümayəndələri isə bildiriblər ki, raket atəşi zamanı məhz səfirliyin hədəf alınması haqqında onların əlində elə bil dəlil yoxdur. Bundan başqa səfirlikdən bildiriblər ki, əməkdaşlar arasında kimsə xəsarət almayıb.
Yəməndəki qəbilələrə bağlı mənbələr isə bildirirlər ki, ABŞ-a məxsus pilotsuz uçaq Əl-Cauf əyalətində hava zərbəsi həyata keçirdikdən sonra “əl-Qaidə” üzvü olan iki nəfər ölüb, iki nəfərsə yaralanıb. Bəziləri onu da bildirirlər ki, hava zərbəsindən uşaqlar da xəsarət alıblar.
Pilotsuz uçaqlardan istifadə ABŞ-a həmişə əlavə problemlər yaradır. Çünki bir qayda olaraq belə uçaqlardan endirilən hava zərbələri zamanı mülki şəxslər arasında da itkilər olur. Buna baxmayaraq Obama administrasiyası hərbçilər arasında itkilərdən yayınmaq üçün pilotsuz uçaqlardan hərbi məqsədlər naminə istifadəyə üstünlük verir.
-
Ekologiya14:00
Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ
-
Elm və təhsil13:37
Azərbaycanda fəlsəfə doktoru vəfat etdi - FOTO
-
MDB13:26
Kaş qolu yox, boynu qırılardı... - Medvedev təəssüfləndi
-
Magazin213:05
Milyarderin xanımı transparan geyimi ilə diqqət çəkdi - FOTO
-
Ekologiya12:32
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
-
Kriminal11:19
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ
-
Dünya11:05
İran bu ölkə ilə sərhədi BAĞLADI
-
İKT08:36
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz