Dünya
Putinə növbəti “dövlət maraqları” mesajı Lukaşenkodan gəldi
“Avrasiya İqtisadi İttifaqının hüquqi bazasının formalaşması prosesində Belarusun maraqlarına riayət edilməlidir”.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu sözləri Belarus parlamentinin Nümayəndələr Palatasının üzvləri ilə görüşdə prezident Aleksandr Lukaşenko deyib.
“Bizə sizinlə yaxın vaxtlarda, bəlkə də, bu günlərdə müvafiq beynəlxalq razılaşmaların təsdiqi üzərində işləməli olacağıq. Avrasiya İqtisadi İttifaqının hüquqi bazasının formalaşması prosesində Belarusun maraqları qorunmalıdır. Bu, mənimlə yanaşı sizin də məsələnizdir. Əgər siz bu sənədin hazırlanmasında səhv buraxıldığını görsəniz, zəhmət olmasa, məni məlumatlandırın. Belarus dövlətinin maraqlarını müdafiə etmək hamımızın borcudur”, - deyə Belarus lideri vurğulayıb.
O əlavə edib ki, deputatların qeydləri və təklifləri həmişə dəstəklənəcək.
Xatırladaq ki, ötən həftədə Rusiya Federasiyası Dövlət Duması Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləni təsdiqləyib. Oktyabr ayında Belarus və Qazaxıstanın parlamentləri tərəfindən də müqavilənin təsdiq edilməsi gözlənilir.
Belarus prezidentin bu açıqlaması isə sənədin təsdiqi ilə bağlı Moskvanın qarşısına müəyyən problemlərin çıxarılacağını göstərir.
Bundan əvvəl isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev dövlət maraqlarının onlar üçün hər şeydən əvvəl gəldiyini bildirib. Rusiyaya növbəti dəfə mesaj göndərən Nazarbayev dövlət maraqlarının pozulacağı halda Qazaxıstanın Avrasiya İttifaqından çıxa biləcəyini deyib.
“Əgər müqavilədədə əksini tapan qaydalar yerinə yetirilməsə, Qazaxıstan Avrasiya İqtisadi İttifaqından imtina etmək hüququna malikdir. Mən artıq əvvəllər də bunu demişəm, yenə də deyirəm”, - Nazarbayev bildirib.
Qazaxıstan prezidentinin sözlərinə görə, Qazaxıstan onun müstəqilliyinə təhlükə yaradan təşkilatların tərkibində olmayacaq: “Müstəqillik bizim ən bahalı xəzinəmizdir. Bunun üçün babalarımız mübarizə aparıblar. Biz heç vaxt müstəqilliyimizi verməyəcəyik və onu qorumaq üçün bacardığımız hər şeyi edəcəyik”.
Xatırladaq ki, Qazaxıstan liderinin bu açıqlamanı verməsinə onun rusiyalı həmkarının bəyanatı səbəb olmuşdu. Vladimir Putin Avrasiya İttifaqının daha çox qazaxlara lazım olduğunu söyləmişdi. Nazarbayevdən sonra Lukaşenkonun da Putində “dövlət maraqları” kontekstindən danışması deməyə əsas verir ki, Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə təşkilatda Rusiyanın liderliyinə hesablanıb. Minsk və Astana isə bununla razılaşmaq niyyətində olmadığını tez-tez dilə gətirir.
Ömər Dağlı
-
İdman02:43
Messi tanınmış brendi reklam etdi: axtardığımı tapdım - FOTO
-
Sağlamlıq02:19
Gecələr üzə çıxan bu simptoma DİQQƏT EDİN! - Ölümcül ola bilər
-
Qoroskop00:35
Günün qoroskopu: mühüm işə və ciddi danışıqlara başlamayın
-
Kriminal24 May 23:37
9-cu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir? - DİN-dən açıqlama
-
Magazin124 May 23:13
Ağamirzədən Balaəlinin qalmaqallı fikrinə REAKSİYA
-
Nida Xəbər 24 May 23:00
Paşinyan açıqladı: Bu gündən etibarən....
-
Elm və təhsil24 May 22:00
Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılır - SƏBƏB
-
Magazin124 May 21:20
Bu sual Əməkdar artisti efirdə göz yaşına boğdu - VİDEO