Dünya
Ankaradan cavab: “İŞİD heç bir əsgərimizi girov götürməyib”
İraq Şam İslam Dövləti (İŞİD) yaraqlılarının Suriya sərhədləri daxilindəki Türkiyə torpağı olan Süleyman Şah Türbəsinə hücum edib, postda dayanan Türkiyə əsgərini əsir götürdüyü barədə xəbər hərbi mənbələr tərəfindən təkzib edilib.
Publika.az “Radikal”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” qəzeti məlumat yaymışdı. Qəzetin xəbərinə görə İraq Şam İslam Dövləti (İŞİD) yaraqlılarının Suriya sərhədləri daxilindəki Türkiyə torpağı olan Süleyman Şah Türbəsinə hücum edib, postda dayanan Türkiyə əsgərlərini əsir götürüb. Lakin qəzetin xəbərini təkzib edən hərbi mənbələr “iddialar tamamilə həqiqəti əks etdirmir” deyə bəyanat veriblər. Hal-hazırda Süleyman Şah türbəsi ilə əlaqədar bir problem yoxdur” deyə qeyd edilib.
Xatırladaq ki, Süleyman Şah Türbəsi olan bölgə Osmanlı İmperiyasının süqutundan sonra Fransanın müstəmləkəsinə keçməsinə rəğmən, 1921-ci ildə Fransa ilə imzalanan “Ankara” müqaviləsinə görə, Türkiyə Respublikasının torpağı olaraq qəbul edilib və Türkiyə ordusu tərəfindən mühafizə edilir.
Vüsal Tağı
-
Sosial16:13
Güclü külək əsəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Cənubi Qafqaz15:38
Avropa İttifaqının missiya rəhbəri Qaragölə niyə gəlib?
-
Rəsmi xronika15:13
Prezident fərman imzaladı
-
Nida Xəbər 14:38
Göyçə mahalındakı bu mövqelər Azərbaycana verilir? - Rəsmi açıqlama
-
Bilgi.az13:56
Bir rolla tarixdə qalan aktyor: "Şofer Əhməd" ölümündən əvvəl son şəkli kiminlə çəkdirib?
-
Dünya13:31
Bu ərəb ölkəsindən şok addım: Fələstinin adını xəritədən sildilər
-
Maraq dünyası12:31
İndiyədək görünməyən məbləğdə kirayə müqaviləsi bağlandı - Fantastik rəqəm
-
Region11:51
İrəvanda qarşıdurma: Polislə etirazçılar toqquşdu - VİDEO