Məhkəmə qərar verdi: Pivə içən şəxs işdən çıxarıla bilməz
Bizi izləyin

Dünya

Məhkəmə qərar verdi: Pivə içən şəxs işdən çıxarıla bilməz

İspaniya məhkəməsi iş yerində hər gün pivə içən elektrikin işdən çıxarılmasına qarşı qərar verib.

Publika.az xəbər verir ki, İspaniyada bir şirkət iş saatı ərzində gündəlik içki içən elektrik ustasını işdən çıxarıb, amma məhkəmə onu öz vəzifəsinə bərpa edib və işdən çıxarılan şəxsə külli miqdarda təzminat ödənilməsinə qərar verib.

Elektrik ustası 30 ilə yaxındır şirkətdə işləyir. Firma onu izləmək üçün şəxsi detektiv tutub. Əməliyyatçı müəyyən edib ki, o, həmkarları ilə birlikdə müntəzəm olaraq barın yanında dayanıb və orada bir neçə stəkan şərab və pivə içib.

Rəhbərlik bundan xəbər tutandan sonra ispaniyalı işdən qovulub.

Lakin Mursiya əyalətinin məhkəməsi işçinin tərəfini tutub. Məhkəmənin qərarında deyilir ki, şəxsi detektiv nahar fasilələri zamanı elektrikin sərxoşluq və ya içki qəbulunu heç vaxt qeyd etməyib.

Məhkəmə hesab edib ki, onun sərxoş olmasını birmənalı sübut edəcək heç bir sübut yoxdur. Bundan əlavə, şirkət işçinin fiziki və əqli qabiliyyətinin “elektrik montyoru işləyərkən zədələndiyini” sübut edə bilməyib.

“El Pais” qəzetinin sitat gətirdiyi məhkəmə qərarında həmçinin bildirilir ki, elektriki işdən çıxaran şirkət onu işə bərpa etmək və adama 47 min avro ödəmək tapşırılıb.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm