Rusiyaya dəstəyin üstü açıldı: Aİ bu ölkənin şirkətlərini "qara siyahı"ya saldı
Bizi izləyin

Dünya

Rusiyaya dəstəyin üstü açıldı: Aİ bu ölkənin şirkətlərini "qara siyahı"ya saldı

Avropa İttifaqı (Aİ) ilk dəfə olaraq Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə "Financial Times" xəbər verir.

Brüssel Ukraynada münaqişə başlayandan bəri ilk dəfə olaraq Rusiyaya hərbi dəstək verən Çin şirkətlərinə sanksiya tətbiq etməyi təklif edib.

Qəzetin əldə etdiyi məlumata görə, söhbət Rusiya Federasiyasına avadanlıq tədarük etməkdə ittiham olunan 7 Çin şirkətinə qarşı mümkün sanksiyalardan gedir. Onların arasında "3HC Semiconductors", "King-Pai Technology", "Sinno Electronics", "Sigma Technology" şirkətlərinin adları var.

Eyni zamanda, qəzetin yazdığına görə, Aİ bəzi İran şirkətlərinə də Rusiya Federasiyasına yardım etdiyinə görə sanksiyalar tətbiq etməyi təklif edib.

Avropa Komissiyası iddialara şərh verməkdən imtina edib.

Bundan əvvəl KİV-lər Avropanın yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar paketi təklif edə biləcəyini, Aİ ölkələrinin səfirlərinin bunu müzakirə etmək niyyətində olduğunu yazıb.

Avropa İttifaqı artıq Rusiyaya qarşı on sanksiya paketi təqdim edib. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm