“Qərb Rusiyanı bölmək istəyir” - Putin
Bizi izləyin

Dünya

“Qərb Rusiyanı bölmək istəyir” - Putin

"Qərb demək olar ki, bütün diqqətini Rusiyaya yönəldib və onu bölmək istəyir".

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Etnik Münasibətlər Şurasının iclasında bildirib.

Putin qeyd edib ki, Rusiya cəmiyyətinə qarşı aqressiv xarici təzyiqlər var:

“Müxaliflər təxribatlar təşkil edir, müstəmləkəsizliyin zəruri olduğunu həyasızcasına bəyan edirlər. Onlar deyirlər ki, Rusiya onlarla kiçik dövlət vahidlərinə bölünməlidir ki, sonra onlara tabe olsun və onlardan öz eqoist maraqları üçün istifadə etsin”, - deyə Putin vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm