BMT dəyişməlidir - Baş katib də etiraf etdi
Bizi izləyin

Dünya

BMT dəyişməlidir - Baş katib də etiraf etdi

"Həm Təhlükəsizlik Şurasında, həm də "Bretton Woods" sistemində islahatların vaxtı çatıb".

Publika.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.

Quterreş bu barədə Xirosimada G7 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

Baş katib hazırkı strukturun güc münasibətlərini əks etdirdiyini və yenilənməyə ehtiyac olduğunu qeyd edib.

“Qlobal maliyyə arxitekturası köhnəlmiş, işlək olmayan və ədalətsizdir. COVID-19 pandemiyası və Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranan iqtisadi təlatümlər qarşısında o, qlobal təhlükəsizlik sistemi kimi əsas funksiyasını yerinə yetirə bilmədi”.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm