Putin həmkarı ilə Ukraynanı müzakirə etdi
Bizi izləyin

Dünya

Putin həmkarı ilə Ukraynanı müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin braziliyalı həmkarı Lula da Silva ilə telefon danışığı aparıb.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı Braziliya tərəfinin təşəbbüsü ilə keçirilib. Söhbət zamanı dövlət başçıları Ukrayna böhranı mövzusuna toxunub, həmçinin Rusiya-Braziliya münasibətləri məsələlərini müzakirə ediblər.

Bildirilir ki,Silva Vladimir Putinə Xirosimada keçirilən G7 sammitində iştirakla bağlı təəssüratlarını bildirib, həmçinin münaqişənin həlli üçün vasitəçilik səyləri ilə bağlı öz təkliflərini irəli sürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm