Zemfiranın bu sənədləri Paris məhkəməsinin saytından yoxa çıxdı
Bizi izləyin

Dünya

Zemfiranın bu sənədləri Paris məhkəməsinin saytından yoxa çıxdı

Rusiyalı müğənni Zemfira Ramazanovanın Fransa vətəndaşlığı alması barədə məlumatların yer aldığı sənədlər Paris Kommersiya Məhkəməsinin saytından yoxa çıxıb.

Publika.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Parisdə bir şirkətin qeydiyyat reyestrindən çıxarışda ifaçı Fransa vətəndaşı olduğunu qeyd edib. Ramazanovanın Fransada biznes açdığı aktrisa Renata Litvinovanın da "vətəndaşlıq" qrafasında yalnız "rus" olduğu göstərilib.

Bildirilir ki, Zemfira Fransa vətəndaşı olması ilə bağlı məlumatı təkzib etdikdən sonra sənədlər saytdan yoxa çıxıb. Müğənni qeyd edib ki, Rusiyadan başqa vətəndaşlığı “olmayıb və olmayacaq” və həmçinin əlavə edib ki, son il yarımdır xaricdə yaşamasına baxmayaraq, Rusiyada vergi ödəyir.

Qeyd edək ki, Zemfira Ramazanova Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınır.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm