İŞİD Türkiyədə intiqam hərəkatına başlayır
Bizi izləyin

Dünya

İŞİD Türkiyədə intiqam hərəkatına başlayır

Türkiyə Silahlı Qüvvələrinin xarici ölkələrdə hərbi əməliyyatlar aparmasını nəzərdə tutan qanun layihəsinin Türkiyə Böyük Millət Məclisində qəbul edilməsindən sonra İŞİD-in Türkiyəyə qarşı intiqam hərəkatı reallaşdıra biləcəyinə dair kəşfiyyat məlumatları əldə olunub.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, təhlükəsizlik orqanları İŞİD-in sərhəddəki yaşayış məntəqələri ilə yanaşı böyük şəhərləri də hədəf ala biləcəyi barədə məlumatlandırılıb.

Məlumata görə, intiqam hərəkatının bombalı avtomobillər və yaxud kamikadzelərin köməyi ilə həyata keçirilməsi düşünülür. Kəşfiyyat məlumatlarının isə xarici mənbələrdən alındığı bildirilir.

Qeyd olunur ki, İŞİD 2003-cü ildən bu yana bir çox ölkələrdən avtomobillər oğurlamaq üçün xüsusi bir fəaliyyət icra edib. Bu ölkələr arasında İraq, İran, Livan, İordaniya, Küveyt və Səudiyyə Ərəbistanı ilə yanaşı Türkiyə də var. Sözügedən ölkələrdə terror aktları həyata keçirmək üçün məhz bu avtomobillərdən istifadə oluna biləcəyi ehtimal edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm