Dünya
Şoyqu taxtdan salınır? - Peskov açıqladı
“Vaqner” RMC-nin rəhbəri Yevgeni Priqojinin tələblərindən biri də müdafiə naziri Sergey Şoyqunun və Baş Qərargah rəisin Valeri Gerasimovun istefasıdır.
Publika.az xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinə yaxın olan “Rıbar” teleqram kanalı bildirib ki, üsyanın bu şəkildə dayandırılması nazirliyin rəhbərliyinin kənarlaşdırılacağını deməyə əsaslar verir. Priqojinlə Lukaşenkonun danışığı zamanı da bu məsələnin müzakirə olunduğu iddia edilir.
Məsələ ilə bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da açıqlama verib. O bildirib ki, Vladimir Putinin müdafiə naziri Sergey Şoyquya etimadı ilə bağlı hər hansı dəyişiklikdən xəbəri yoxdur. Bu barədə TASS məlumat yayıb.
Peskov onu da vurğulayıb ki, Müdafiə Nazirliyində kadr dəyişikliyi prezidentin səlahiyyətindədir və bu məsələnin Belarus rəhbəri Aleksandr Lukaşenko ilə “Vaqner”in yaradıcısı Yevgeni Priqojin arasında təmaslar zamanı müzakirə olunacağı ehtimalı azdır.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?