Dünya
Avropadan Ermənistanın hərbi yardım təklifinə rədd cavabı
Avropa İttifaqı (Aİ) Ermənistana hərbi yardım göstərməkdən imtina edib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
O, Polşaya səfəri zamanı prezident Andjey Duda ilə görüşdə Avropa İttifaqının qərarından şikayət edib.
Erməni spiker bildirib ki, Ermənistan hökuməti, inkişaf etməkdə olan ölkələrə hərbi texnika almağa kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) “texniki yardım” istəyib.
“Təəssüf ki, Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səyləri göstərməsi, habelə “münaqişə həssaslığı” məsələsi əsas gətirilərək Ermənistanın müraciəti rədd edilib”, - Simonyan deyib.
O, sözügedən qərarın Ermənistanda etirazlara səbəb olduğunu diqqətə çatdırıb.
-
Enerji17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO
-
Rəsmi xronika15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ
-
Cənubi Qafqaz15:07
Qərbi Azərbaycana qayıdış sülh müqaviləsinə daxil edilib? - Rəsmi açıqlama
-
İdman14:08
Ronaldonun Corcinası fanatlarını yenə ovsunladı: Çılpaq və heyranedici FOTOLARLA
-
Sosial13:23
Zakir Qaralovun qohumuna yüksək vəzifə verildi
-
Cənubi Qafqaz12:15
Bakı İrəvanda bu küçənin adının ləğvini tələb edə bilər