Dünya
Rusiyaya qaçan prezident sərxoşluğa qurşandı - VİDEO

Ukraynanın keçmiş prezidenti və hazırda Rusiyada yaşayan Viktor Yanukoviç içki mübtəlalığına giriftar olub.
Axar.az xəbər verir ki, bu barədə Ukraynada yayımlanan “Şuster Layv” verilişində jurnalist Dmitri Qordon deyib.
“Yanukoviç depressiyadadır. O, indi Soçidə özünün villasında oturub və davamlı olaraq içir”, - Qordon bildirib.
Jurnalist həmçinin, Yanukoviçlə Putinin administrasiya rəhbəri arasında Moskva ətrafında görüşündən də danışıb.
“Mən bilirəm ki, Moskvada yaşayanda onun yanına Prezident Putinin administrasiya rəhbəri Sergey İvanov gəlmişdi. Yanukoviç onu xələtdə qarşıladı və əmrlər verdi. Bundan sonra İvanov Putinin yanına qayıtdı və ona dedi: “Məni bir də onun yanına göndərməyin. Başa düşmürəm ki, qonaq kimdi: o, yoxsa biz”. Yanukoviç depressiyadadır. Hətta onun rəhbərinə də çatıb ki, o, tarixi planda nələr törədib”, - Qordon bildirib.

-
MDB22:24
Putin onu vəzifələrindən azad etdi
-
Hadisə20:50
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?
-
İdman20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Yeniləndi
-
İKT17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı
-
Nida Xəbər 16:08
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü: Sülh sazişi imzalanacaq?