Türkiyənin məşhur şirkəti "Samsung"la müqavilə imzaladı - Ukraynaya görə
Bizi izləyin

Dünya

Türkiyənin məşhur şirkəti "Samsung"la müqavilə imzaladı - Ukraynaya görə

"Samsung" və "Onur Group" arasında Ukraynanın bərpası ilə bağlı müqavilə imzalanıb.

Publika.az xəbər verir ki, Türkiyənin “Onur Group” tikinti holdinqi Cənubi Koreyanın “Samsung” şirkəti ilə Ukrayna infrastrukturunun inkişafı və bərpasına dair müqavilələr imzalayıb. Bu barədə “Dünya” qəzeti məlumat yayıb.

Sözügedən şirkətlər Lvovda “ağıllı şəhər” infrastrukturunun yaradılması üçün birgə işləmək barədə razılığa gəliblər. Şəhərin rəhbərliyi ilə müvafiq müqavilə imzalanıb. Sazişlərin ikinci hissəsi Ukrayna ərazisində enerji sektoru, infrastruktur layihələri və mənzil tikintisi üzrə daha hərtərəfli əməkdaşlığa aiddir.

Gələcəkdə bu sazişlərin Mərkəzi və Şərqi Avropada iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi üçün əsas olacağı vurğulanır.

Türkiyə və Ukrayna Sahibkarlar Birliyinin rəhbəri Burak Pehlivanın sözlərinə görə, müharibənin davam etməyinə baxmayaraq, 700-dən çox türk şirkəti Ukraynada fəaliyyətini davam etdirir. Bu ölkəyə Türkiyə investisiyalarının həcmi 4,5 milyard dolları ötür və bu, Ankaraya ən böyük investorlardan biri mövqeyini tutmağa imkan verir. “İxracımız və birgə istehsal həcmimiz artır. "Samsung" ilə ortaqlıq isə Türkiyənin mövqeyini daha da gücləndirəcək”, - deyə Pehlivan bildirib.

"Samsung", qəzetin qeyd etdiyi kimi, bərpa üçün Ukraynaya 8 milyard dollar ayıracaq. "Onur Group", öz növbəsində, Ukraynanın ən böyük podratçısı və işəgötürənlərindən biridir.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm