Dünya
Pakistanda 113 nəfər musson yağışlarının qurbanı oldu
İyunun 25-dən bəri Pakistanda güclü musson yağışları nəticəsində həyatını itirənlərin sayı 113-ə yüksəlib.
Publika.az xəbər verir ki, yağışlar nəticəsində Çitral və Sandur birləşdirici yolunun yarım kilometri zədələnib. Aşağı Çitral ilə Yuxarı Çitral arasındakı əlaqə yolun olmaması səbəbindən kəsilib.
Ştatda çoxlu evlər dağılıb, avtomobillər su altında qalıb və əkin sahələrinə ziyan dəyib.
Pəncab əyalətinin paytaxtı Lahorun Misri Şah məhəlləsində iki uşaq seldə boğulub, Mandi Bahauddin bölgəsində isə iki qadın evlərinin damının uçması nəticəsində həyatını itirib.
Ştatın Pakpattan bölgəsində biri uşaq olmaqla üç nəfəri elektrik cərəyanı vurub.
Xatırladaq ki, hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.
Ötən il ölkədə musson yağışları nəticəsində baş verən daşqınlar nəticəsində 1739 nəfər həyatını itirib, fəlakətin ölkəyə vurduğu zərərin 30 milyard dollardan çox olduğu açıqlanıb.
-
Sosial02:12
32 ildən sonra Laçın şəhərində toy sədası eşidildi
-
Kriminal00:45
Atasını döyə-döyə öldürən oğul onun üzünü tamam dağıdıbmış - Tükürpədici DETALLAR
-
Art00:15
Məşhur aktyor tamaşa zamanı HUŞUNU İTİRDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Elə bir sirr ortaya çıxa bilər ki...
-
Sosial12 Oktyabr 23:24
Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə HƏBS EDİLDİ
-
Magazin112 Oktyabr 22:36
Mehin yeni fotoları ilə GÖZ OXŞADI
-
Kriminal12 Oktyabr 22:24
Evə sərxoş gəldi, anasını süpürgə ilə döydü
-
Dünya12 Oktyabr 22:12
Onun fotosu məşhur jurnalın üz qabığında - FOTO