Kürd lider Türkiyəni tənqid etdi: “Kobani üçün əlimizdən gələni etdik”
Bizi izləyin

Dünya

Kürd lider Türkiyəni tənqid etdi: “Kobani üçün əlimizdən gələni etdik”

Şimali İraq regional kürd rəhbərliyinin başçısı Məsud Bərzani İŞİD-in Şimali İraqa hücumu zamanı Türkiyədən daha böyük bir hərbi dəstək gözlədiyini açıqlayıb.

Publika.az-ın verdiyi xəbərə görə, ərəb mediasına danışan Məsud Bərzani Türkiyənin Şimali İraqa yardım məsələsində təmkinli davrandığını bildirib.

Regional kürd rəhbərliyinin başçısı Kobaniyə hərbi yardımın göndəriləcəyi yeganə yolun da Türkiyədən keçdiyini qeyd edib. Məsud Bərzani Türkiyənin xarici hərbi gücün torpaqlarından Kobaniyə keçməsinə icazə verməyə hazır olmadığını ifadə edib.

“Kobani üçün əlimizdən gələni etdik”, - deyə kürd lider əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm