Dünya
Şimali Koreya Yaponiyanı xəbərdar etdi: avqustun 24-dən...
Şimali Koreya ABŞ və Cənubi Koreyanın təlimləri fonunda hərbi peyk buraxmaq üçün növbəti dəfə cəhd göstərəcək.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyd olunur ki, Yaponiya hökuməti avqustun 24-dən 31-dək olan müddətdə KXDR-dən peyk buraxmaq niyyəti barədə bildiriş alıb. Yaponiya Sahil Mühafizəsi raketin buraxılması ilə əlaqədar üç mümkün təhlükə zonası barədə məlumatlandırılıb: ikisi Koreya yarımadasının qərbində, digəri isə Luzon adasının şərqindədir.
Məlumata görə, Şimali Koreya orbitə peyk çıxarmaq üçün əvvəlki uğursuz cəhddə istifadə etdiyi uçuş yolunu yenidən sınamaq niyyətindədir.
Qeyd edək ki, mayın 31-də KXDR “Mannigen-1” hərbi kəşfiyyat peyki ilə daşıyıcı raketin ikinci mərhələsinin buraxılması zamanı fövqəladə vəziyyətin yarandığını açıqlayıb. Peykin buraxılışı raketin qeyri-sabit mühərriki, eləcə də yanacaq xüsusiyyətləri səbəbindən uğursuz olub. Şimali Koreyanın Milli Kosmik İnkişaf Agentliyi müəyyən edilmiş qüsurları aradan qaldıracağını vəd edib.
Mehti Kamiloğlu
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO