Çin imtina etdi, çıxılmaz duruma düşdülər: balıqçılara kompensasiya ödəniləcək
Bizi izləyin

Dünya

Çin imtina etdi, çıxılmaz duruma düşdülər: balıqçılara kompensasiya ödəniləcək

Çinin Yapon dəniz məhsullarına embarqosundan sonra Yaponiya yeni balıq ovu yardımı paketi elan edib.

Publika.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bİldirilir ki, fövqəladə vəziyyətdə olan "Fukusima-1" AES-dən suyun okeana axıdılmasına başlandıqdan sonra Çin qonşu ölkədən dəniz məhsulları almaqdan imtina edib. Buna görə də Yaponiya hökuməti itkiyə məruz qalan balıqçılara 20 milyard yen (137 milyon dollar) ödəyəcəyini vəd edib. Həmçinin Yaponiya Xarici Ticarət Təşkilatı(JETRO) balıqçılar üçün yeni bazarlar tapmalıdır.

Məlumata görə, yardım paketi avqustun 31-də baş nazir Fumio Kişidanın daxili istehlakı genişləndirmək və dayanıqlı dəniz məhsulları istehsalını təmin etmək, reputasiyaya dəyən ziyanı azaltmaq, bazarlar tapmaq və balıqçılara kompensasiya ödəmək üçün tədbirləir elan etməsilə açıqlanıb. Ümumilikdə, bu tədbirlər 80 milyard yen olaraq qiymətləndirilib.

Qeyd edək ki, avqustun 24-də “Fukusima-1” fövqəladə atom elektrik stansiyasının operatoru TERCO şirkəti zədələnmiş reaktorları soyutmaq üçün istifadə olunan suyu okeana atmağa başlayıb. Yapon səlahiyyətliləri bu suyun tritium istisna olmaqla, 62 növ radionukliddən təmizləndiyini iddia edirlər. Radiasiya fonunu aşdığı təqdirdə, onlar atqının dayandırılacağına söz veriblər. Baş nazir Kişida yaponları balıqçıları dəstəkləməyə və daha çox dəniz məhsulları yeməyə çağırıb və bildirib ki, o, artıq nüvə stansiyasının yerləşdiyi Fukusima prefekturasında tutulan xam dəniz məhsulları ilə həmkarlarını qidalandırıb.

Sözügedən hadisədən dərhal sonra Çinin Baş Gömrük İdarəsi Yaponiyadan dəniz məhsullarının idxalına qadağa qoyub. Tədbirə cavab olaraq Oklend Universitetinin rəsmiləri Çini ikiüzlülükdə günahlandırıb və bildiriblər ki, Pekin bu məsələdən Yaponiya əleyhinə istifadə edir.

Yerli istehsalçıların sözlərinə görə, embarqodan sonra onların satışları 90 faiz azalıb.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm