Dünya
Avstriya da neytrallıqdan imtina edir? - Bu sistemi alırlar
Avstriyanın müdafiə naziri Klaudia Tanner “Avropa Göy Qalxanı Təşəbbüsü” çərçivəsində Almaniyadan hava hücumundan müdafiə sistemləri alacaqlarını bildirib.
Publika.az xəbər verir ki, Tanner bu barədə mətbuata açıqlamasında deyib. O təşəbbüs çərçivəsində qonşu Almaniya ilə təlim və təchizat mövzusunda əməkdaşlıq edəcəklərini də bildirib. Avstriyanın qısa və orta mənzilli hava hücumundan müdafiə sistemi IRIS-T almağı planlaşdırdığını qeyd edən Tanner, yaxın aylarda Berlinlə bununla bağlı müqavilənin imzalanacağını ifadə edib.
Klaudia Tanner əlavə edib ki, bu müdafiə sistemləri müqavilə imzalandıqdan bir il sonra ehtiyac duyulan yerlərdə quraşdırıla bilər.
Avstriya Hərbi Hava Qüvvələri komandanı Qerfrid Promberqer də ölkəsinin 15 kilometrlik 4 qısa mənzilli hava hücumundan müdafiə sistemi və 50 kilometrlik 4 orta mənzilli hava hücumundan müdafiə sistemi almaq istədiyini vurğulayıb.
İfrat sağçı Avstriya Azadlıq Partiyası FPÖ, hava hücumundan müdafiə sistemi ilə bağlı verdiyi açıqlamada, Avropanın "Göy Qalxanı" Təşəbbüsünü neytral Avstriyanın NATO yolunda atdığı addım kimi gördüklərini ifadə edərək, bu mövzuda referendum keçirilməsini istəyib.
Nəzrin
-
Rəsmi xronika21:25
Prezidentdən Yeni illə bağlı paylaşım - FOTO
-
Magazin220:44
Məşhur illüziyaçı vəfat etdi
-
Ekopublika.az19:10
Azərbaycanda helikopterlər satışa çıxarılır - QİYMƏT
-
Nida Xəbər 18:50
Milli qəhrəmanlardan kimlər sağdır? - Siyahı
-
Kriminal18:40
Azərin şikayəti rədd edildi, Zəhra ev dustaqlığına buraxıldı - Tiktokçulardan xəbər var
-
Sosial16:58
TƏBİB-dən təyyarə qəzasında xəsarət alanlarla bağlı məlumat
-
Cənubi Qafqaz16:10
Ermənistanın keçmiş müdafiə naziri Rusiyada saxlanıldı
-
İKT14:40
Bu proqramları telefonunuzdan dərhal silin: Kredit kartı məlumatlarını oğurlayırlar - SİYAHI