Dünya
İŞİD-ə qarşı yeni silahdan istifadə olunacaq

Vaşinqtonun rəhbərlik etdiyi antiterror koalisiyası İŞİD-in İraqın paytaxtı Bağdadı tutmasına imkan verməyəcək.
Publika.az xəbər verir ki, bu barədə ABŞ hərbi qüvvələrinin qərargah rəisləri komitəsinin başçısı general Martin Dempsi bildirib.
Martin Dempsi İraq ordusunun paytaxt ətrafında güclü müdafiə xətti yaratmağa müvəffəq olduğunu, koalisiya qüvvələrinin də doğru taktika seçdiyini deyib. M.Dempsi tək hava zərbələri ilə İŞİD qruplaşmasının öhdəsindən gəlməyin mümkün olmadığını da etiraf edib.
Komitə başçısı vəziyyətin tələb edəcəyi təqdirdə Amerika quru qoşunlarının İraqa yeridilməsi barədə ABŞ Prezidenti Barak Obamaya müraciət ediləcəyini deyib.
Paytaxtın müdafiəsinə hazırlaşan İraq ordusuna 24 lüləli yaylım atəşi sistemi olan özüyeriyən yeni ağır reaktiv silahlar verilib. Bu silahlar İraq ərazisində ilk dəfə istifadə olunacaq.

-
Dünya19:48
Uzun çənəsi ilə dünyanı "fəth etdi" - FOTO
-
İdman19:00
Qvardiolanın komandasına yeni məşqçi qoşuldu - Görün kimdir
-
Hadisə18:48
Cəlilabadda güclü yanğın: FHN helikopterləri havaya qaldırdı
-
Magazin118:36
Emin Türkiyəni helikopterlə izlədi - VİDEO
-
Region17:55
Erməni konyakı Rusiya bazarlarından yığışdırılır: Tərkibində görün nə çıxıb
-
MDB16:42
Moskva su altında qaldı - FOTO/VİDEO
-
İdman15:50
"Siti"nin ulduzunun cazibədar həyat yoldaşı - FOTOLAR
-
Sosial15:37
Əhaliyə xəbərdarlıq: İyulun 16-19-da...