Qara dəniz donanmasının qərargahına HÜCUM
Bizi izləyin

Dünya

Qara dəniz donanmasının qərargahına HÜCUM

Ukraynanın işğal altındakı Sevastopol şəhərində Rusiyanın Qara dəniz donanmasının qərargahına hücum nəticəsində azı 9 nəfər ölüb, 16 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi yanında Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov “Amerikanın Səsi”nin Ukrayna xidmətinə müsahibəsində bildirib.

Baş Kəşfiyyat İdarəsinin rəisi söyləyib ki, Sevastopola hücum sonucunda Zaporojye istiqamətində Rusiya qüvvələrinin qrupunun komandanı general-polkovnik Aleksandr Romançukun durumu çox ağırdır.

Həmçinin qərargah rəisi, Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının Sahil Qoşunlarının 200-cü motoatıcı briqadasının komandiri general-leytenant Oleq Sekov huşsuz vəziyyətdədir.

“Qərargahın əməkdaşı olmayan yaralı sıravi hərbçilərin sayı hələ də müəyyənləşdirilir. Bunlar hərbi qulluqçu, mühafizə və s.”, - kəşfiyyat rəisi diqqətə çatdırıb.

Xatırladaq ki, sentyabrın 22-də işğal altındakı Sevastopol şəhərində Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbələri endirilib. Sosial şəbəkədə yayılan görüntülərə əsasən, qərargahın binası qismən dağılıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aparatının Strateji Kommunikasiyalar İdarəsi hücumun arxasında ukraynalı hərbçilərin dayandığını təsdiqləyib. “Sky News”un məlumatına görə, Ukrayna sözügedən hücumda “Storm Shadow” raketlərindən istifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm