Dünya
Milanda ““Normandiya dördlüyü”nün liderləri görüşüb
“Normandiya dördlüyü”nün liderləri (Rusiya, Ukrayna, Almaniya və Fransa) İtaliyanın Milan şəhərində Ukrayna münaqişəsinin nizama salınması və Rusiya qazının Avropaya çatdırılması məsələlərini müzakirə edib.
Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Görüşdə Rusiya prezidenti Vladimir Putin, Ukrayna prezidenti Pyotr Poroşenko, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland iştirak edib. Danışıqlara Rusiya nümayəndə heyətinin tərkibində həmçinin “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller və energetika naziri Aleksandr Novak olub.
Görüşlə bağlı Poroşenkonun mətbuat xidməti də açıqlama verib.
“Danışıqlarda təbii qaz razılaşmasının baza parametrləri uyğunlaşdırılıb. Bizdə qaz məsələsində müəyyən təmkinli irəliləyiş var. Sazişin əsas parametrləri haqqında razılaşdıq. İndi onun maliyyələşdirilməsi üçün lazımlı vasitələrin mənbələri haqqında danışıqlar gedir”, - mətbuat xidməti Poroşenkodan sitat gətirib.
Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert də görüşdə Rusiya qazının Avropaya çatdırılması məsələsinə mövqelərini bir qədər yaxınlaşdırmağı bacardıqlarını deyib.
Almaniya hökumətinin nümayəndəsi həmçinin bildirib ki, tərəflər Ukrayna böhranını müzakirə edib və Minsk razılaşmasının həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Ömər Dağlı
-
Sosial02:18Bakıda müşahidə olunan dronlar - Nə baş verir?
-
Qoroskop01:20Günün ulduz falı: artıq daha böyük məsuliyyət götürmək vaxtıdır
-
Dünya15 Mart 23:00Bağdad Hava Limanı raket zərbələrinə məruz qaldı - Yaralılar var
-
Sosial15 Mart 20:18Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video
-
İnanc15 Mart 19:26Ramazan ayının iyirmi altıncı günü: İmsak və iftar vaxtı, günün duası
-
Region15 Mart 18:48Qurban bayramını “lazımsız qətl ayini” adlandırdı, həbs olundu
-
Nida Xəbər 15 Mart 17:25Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
-
Yaxın Şərq15 Mart 17:15SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü







.jpg)



























