Bağdad Hava Limanı raket zərbələrinə məruz qaldı - Yaralılar var
Bizi izləyin

Dünya

Bağdad Hava Limanı raket zərbələrinə məruz qaldı - Yaralılar var

Bağdad Beynəlxalq Hava Limanı və onun ətrafı raket zərbələrinə məruz qalıb.

Publika.az İraq mediasına istinadən xəbər verir ki, beş raket zərbəsi nəticəsində baş verən partlayışlarda hava limanının dörd əməkdaşı və təhlükəsizlik işçisi, eləcə də bir mühəndis müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisədən dərhal sonra təhlükəsizlik qüvvələri axtarış tədbirləri həyata keçiriblər. Nəticədə raketlərin buraxıldığı qurğu paytaxt Bağdadın qərbində yerləşən Rədvaniyyə bölgəsində nəqliyyat vasitəsinin içində gizlədilmiş vəziyyətdə aşkar edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm