Dünya
Taliban ABŞ-ı günahlandırdı

Taliban Haqqani şəbəkəsinin təsisçisi Cəlaluddin Haqqaninin kiçik oğlu Anas Haqqaninin həbsində Amerikanı günahlandırıb.
Publika.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Taliban Anas Haqqaninin Əfqanıstan təhlükəsizlik orqanları tərəfindən həbs edilməsinin yanlış məlumat olduğunu deyib. Taliban hesab edir ki, Haqqani Amerikanın Bəhreyndəki qüvvələri tərəfindən həbs edilərək Qətərə göndərilib. Oradan isə Əfqanıstana təhvil verilib.
Universitetin sonuncu kurs tələbəsi olan Anas Haqqani ifadəsində onun Talibanla heç bir əlaqəsi olmadığını bildirib. O deyib ki, Qətərə Quantanamo həbsxanasından yenicə azad edilən qohumları ilə görüşmək üçün gedib.
Əfqanıstanın Milli Təhlükəsizlik Nazirliyi isə Anas Haqqaninin islamçıların əməliyyat və strateji qərarlarında birbaşa istirak etdiyini deyib.
Qeyd edək ki, Əl-Qaidə ilə əlaqəsi olan Haqqani şəbəkəsi Pakistanın sərhəd Şimali Vəziristanda NATO və əfqan mövqelərinə qarşı hücumlara görə ittiham edilir.

-
Qoroskop21:12
Ayın 10-u bu bürcün həyatı dəyişəcək
-
Yaxın Şərq21:00
İran İsrailin bu strateji obyektlərini vurub - Təl-Əviv ilk dəfə TƏSDİQLƏDİ
-
İdman19:24
Dəhşətli faciənin ilk təfərrüatı - Futbolçu qardaşların yanaraq öldüyü qəza necə baş verib?
-
Dünya17:58
Dünyanın ən toxunulmaz əraziləri: Göydən də qorunur, üzərindən uçuş qadağandır - FOTOLAR
-
Rəsmi xronika17:05
İlham Əliyev 2 fərman imzaladı
-
Maraq dünyası16:07
Göydə üzən sərvət: ABŞ arxasınca raket göndərdi - Bu tarixdə çatacaq
-
Sosial14:53
Əli Əsədov yeni qərar imzaladı
-
Region14:27
Paşinyanın adamı ermənilərə vəd verdi: Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq