Ərdoğan hərəkətə keçdi - Salmanla danışdı
Bizi izləyin

Dünya

Ərdoğan hərəkətə keçdi - Salmanla danışdı

Türkiyə İsrail-Fələstin münaqişəsi zamanı hücumlardan zərər çəkmiş günahsız mülki şəxslərə yardımın çatdırılması üçün səylərə başlayıb.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdogan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla telefon danışığı zamanı deyib.

Danışıq zamanı İsrail və Fələstin münaqişələri çərçivəsində son hadisələr müzakirə olunub.

Ərdoğan danışıq zamanı Türkiyənin hücumlardan zərər çəkmiş günahsız mülki şəxslərə yardımın çatdırılması üçün səylərə başladığını, mülki yaşayış məntəqələrinin bombalanmasının qəbuledilməz olduğunu və münaqişələrin sona çatması üçün bölgə ölkələrinin konstruktiv mesajlar verməsinin vacib olduğunu bildirib.

Ərdoğan eyni zamanda Əlcəzair Prezidenti Əbdülməcid Tebbunla da telefon danışığı aparıb. Danışıq zamanı İsrail və Fələstin arasında narahatlıqları artıran münaqişə ətraflı müzakirə edilib.

Ərdoğan bildirib ki, danışığın məqsədi gərginliyi bölgənin digər ölkələrinə yayılmadan dayandırmaq və danışıqlar yolu ilə ədalətli sülhə nail olmaq üçün yol açmaqdır.

O, həmçinin Türkiyənin səmimi, sülhsevər səylərinə beynəlxalq ictimaiyyətin, xüsusilə də region ölkələrinin dəstəyinin gözlədiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm