Dünya
İŞİD Kobaninin mərkəzinə bayraq sancdı – VİDEO
“Kobanini tamamilə ələ keçirməyənə qədər dayanmayacağıq”.
Publika.az xəbər verir ki, İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı “Youtube” videopaylaşım saytında yeni bir video paylaşıb. Videoda İŞİD-in həftələrdir ələ keçirtməyə çalışdığı, PKK terror təşkilatının Suriya qanadı YPG-nin nəzarətində olan Suriyanın Kobani şəhərindən görüntülərə yer verilib.
Belə ki, Kobaninin mərkəzini ələ keçirdiklərini iddia edən İŞİD yaraqlıları Kobani Mədəniyyət Mərkəzi başda olmaqla bir çox binanın onların nəzarətində olduğunu qeyd edirlər. Görüntülərdə Kobaninin mərkəzində olduğunu deyən İŞİD yaraqlısı “Arxada gördüyünüz Kobani Mədəniyyət Mərkəzidir. Bundan sonra da bir çox bölgələri ələ keçirəcəyik. Bütün Kobanini ələ keçirənə qədər dayanmayacağıq” deyə qeyd edib.
İŞİD yaraqlısı daha sonra sözlərinə bu cür davam edib:
“Bizim kürdlərlə problemimiz yoxdur. Bura kürdlərlə döyüşməyə gəlməmişik. Buranı PKK-dan təmizləməyə gəlmişik. Qırıcılar gecə-gündüz demədən, 24 saat ərzində bizi bombalayır. Və bu da bizim qətiyyətimizi artırır. Buranı dinsiz, murdar PKK-dan və digərlərindən təmizləmək üçün gəlmişik. Dünyadakı bütün kafirlərin hədəfi isə İslam dövləti qurmağımıza mane olmaqdır. Onların yeganə məqsədləri bundan ibarətdir”.
Həmçinin görüntülərdə İŞİD-çilərlə PYD-çilər arasında küçə döyüşlərinin də baş verdiyi əksini tapıb.
Vüsal Tağı
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri