Dünya
ABŞ-ın planı: Ukrayna əraziləri verilir, Rusiya Çinlə əməkdaşlıq etmir...
ABŞ Ukraynanın bəzi bölgələrinin Rusiyaya keçməsi ilə bağlı razılığa gəlməyə çağırıb.
Publika.az "TASS" agentliyinə istinadən xəbər verir ki, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizə aparan amerikalı siyasətçi Vivek Ramasvami Vaşinqtonu münaqişənin tezliklə həlli üçün Ukraynanın bəzi regionlarının Rusiyaya verilməsinə razılıq verməyə çağırıb.
Onun fikrincə, Kiyevə hərbi sahədə gələcək yardım Moskvanı Çinlə yaxınlaşmağa sövq edir.
Ramasvami Birləşmiş Ştatların nüvə dövləti ilə potensial münaqişəyə doğru getməsindən narahatlığını ifadə edib və bildirib ki, Moskvanın Pekinlə müttəfiqliyi ABŞ-ın davamlı mövcudluğu üçün təhlükə yaradır.
“Əgər siz hamını düşmən adlandırmağa başlasanız və Rusiya bu siyahının başında olacaqsa, rusları düşmən kimi davranmağa sövq edəcəksiniz” deyən Ramasvami, ABŞ-ın da daxil olduğu Rusiya və Çinlə birlikdə üçtərəfli dünya nizamına doğru istiqamətlənməyin vacibliyini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl prezidentliyə namizəd 2024-cü ildə keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynanı NATO-ya buraxmayacağına söz vermişdi. O hesab edir ki, ABŞ-ın bu addımına qarşılıq olaraq, Rusiya Çinlə hərbi əməkdaşlığı dayandıracaq, Kalininqraddan nüvə silahlarını çıxaracaq və Qərb yarımkürəsindəki hərbi mövcudluğundan əl çəkəcək.
Mehti Kamiloğlu
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?