Dünya
ABŞ İranda gənc qadının edamına etraz etdi
ABŞ Dövlət Departamenti İranda sabiq kəşfiyyat əməkdaşını öldürməkdə təqsirli bilinən Reyhanə Cəbbarinin edam olunmasına etiraz edib.
Publika.az xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamentində müzakirələr aparılıb və bəyanat qəbul edilib.
"Biz İranı beynəlxalq öhdəliklərə və qanunlara hörmətlə yanaşmağa, öz vətəndaşlarını ədalətli məhkəmə ilə təmin etməyə dəvət edirik", Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir.
Qeyd edək ki, İranda sabiq kəşfiyyat əməkdaşını öldürməkdə təqsirli bilinən Reyhanə Cəbbari edam olunub. 26 yaşlı qadın Tehran həbsxanalarının birində asılıb. O, 2007-ci ildə İran kəşfiyyatının əməkdaşı Murtəza Abdulali Sarbandini qətlə yetirmək ittiham edilirdi.
Hadisə kəşfiyyat əməkdaşının 26 yaşlı qadını zorlamağa cəhdi zamanı baş verib. Reyhanə Cəbbari özünü müdafiə etdiyini desə də, məhkəmə onun ifadəsini nəzərə almayıb.
BMT-nin heablamalarına görə, İranda hər il 250 adm edam olunur.
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama