Dünya
ABŞ İŞİD-ə qarşı kibermüharibəyə başladı
ABŞ İŞİD terror qruplaşmasına qarşı kibermüharibənin başlandığını elan edib.
Publika.az-ın məlumatına görə, bu barədə RT ingilis saytı xəbər verib.
Xəbərdə qeyd olunur ki, Ağ Ev İŞİD ekstremistlərinin təbliğat sahəsində nailiyyətlərini faktiki olaraq etiraf edib. Amerika diplomatları isə koalisiya qüvvələrini terrorçulara qarşı yalnız havada müharibə aparmamağa çağırır. Onlar həm də informasiya sahəsində müharibənin aparılmasının vacibliyini qeyd edirlər.
ABŞ dövlət katibinin müavini Riçard Stenqel Küveytdə Britaniya, Fransa, Səudiyyə Ərəbistanı və Misirdən olan həmkarları ilə görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib: “Koalisiya qüvvələri İŞİD-ə qarşı mübarizə üçün ikinci cəbhəni açmağa qərar verib. Koalisiya bu dəfə kibersahədə vuruşmaq qərarına gəlib. Hələ hava əməliyyatının birinci günündən bizim partnyorlarımız hiss edirdilər ki, hərbi əməliyyatlara informasiya sahəsi da əlavə olunmalıdır”.
Görüşün nəticəsi olaraq birgə bəyanat qəbul edilib. Bəyanatda İŞİD terror qruplaşmasına qarşı kibermüharibənin aparılmasının vacibliyi vurğulanıb.
ABŞ prezidenti Barak Obamanın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi general Con Allen müttəfiqləri terror qruplaşmasına qarşı təbliğat planlarını hazırlamağa çağırıb.
Qeyd edək ki, İŞİD İraq və qonşu Suriyada geniş əraziləri tutaraq “xəlifə”nin yaradıldığını elan edib. Qruplaşma öz ideologiyasını yaymaq üçün kibersahədə xeyli müvəffəqiyyət qazanıb. İŞİD bunun üçün “Twitter” və “YouTube”dən geniş istifadə edir.
Ömər Dağlı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf