Dünya
İŞİD-in neft biznesi - alanlar və satanlar üzə çıxdı

İŞİD-in Türkiyə üzərindən neft satdığı ilə bağlı yalanı rəsmən təkzib edilib.
Publika.az “Xəbər7”yə istinadən xəbər verir ki, bu iddialar ABŞ Müdafiə və Maliyyə nazirlikləri, Almaniyanın “Bild” qəzeti, Türkiyə və İraq hökumətləri, eləcə də, İraq Kürd Regional Rəhbərliyinin kəşfiyyat hesabatları sayəsində təkzib olunub. İŞİD-in nefti iki ayrı xətt üzrə bazara çıxardığı müəyyən edilib.
Suriya və İran-Dubay marşrutları
İŞİD neftinin bazara çıxarıldığı marşrutlardan birincisi Suriya hakimiyyəti ilə bağlıdır. Terror təşkilatı ələ keçirdiyi mədənlərdəki neftin çoxunu birbaşa Əsəd hakimiyyətinə satır. Xüsusilə də Rakka bölgəsində çıxarılan neft bu kanallar vasitəsilə satılır. İkinci marşruta isə İran üzərindən Dubay bazarına çıxarılan neft aid edilir.
İŞİD neftini kürd biznesmenlər satır
İkinci marşrut üzrə pul qazananlar arasında “neft ixracatı icazəsi” olan bəzi kürd biznesmenlərin olduğu da məlum olub. Bu barədə açıqlama verən İKRR səlahiyyətliləri İŞİD neftini satan kürd biznesmenlərinin necə işlədiyini də izah edib. Sənədlərdə satdığı neftin 50 ton olduğunu qeyd edən biznesmenlər, əslində 200 ton neft satırlar. Bu neftin 150 tonu İŞİD-dən ucuz qiymətə alınan neftdir. Biznesmenlərin dələduzluğunu ortaya çıxaran İKRR hərəkətə keçib.
Bərzani tədqiqat komissiyası qurdu
İKRR lideri Məsud Bərzaninin göstərişi ilə İŞİD-dən neft alan kürd biznesmenlərin təyin edilməsi üçün Tədqiqat Komissiyası yaradılıb. Komissiya neft ixracatı icazəsi olan bütün kürd biznesmenlərin fəaliyyətini araşdırmağa başlayıb.
Gündə bir 1 milyon dollar qazanılır
ABŞ Maliyyə Nazirliyinin terrorizm və maliyyə kəşfiyyat idarəsinin rəisi Devid Çohen İŞİD-in Suriya və İraqda ələ keçirdiyi mədənlərdə gündə 50 min barel neft istehsal etdiyini bildirib. Hesablamalara görə, İŞİD neft satışından gündə təxminən 1 milyon dollar qazanır.
İŞİD neftini alan cəzalandırılacaq
İKRR-nin yüksək rütbəli məmuru İŞİD neftinin beynəlxalq bazara İran-Dubay marşrutu ilə çıxarıldığını təsdiq edib. Qanunsuz neft ixracatı ilə məşğul olan kürd biznesmenlərin müəyyənləşdirilməsi üçün aparılan araşdırmalar haqqında danışan məmur bildirib: “İŞİD-in nefti Türkiyə üzərindən satdığı barədə iddialar tam yalandır. Terror təşkilatından neft aldığı təsdiqlənən biznesmenlər cəzalandırılacaq”.
Qabil

-
Magazin214:04
Milyarder Aleks Soros və Huma Abedin evləndi: Qonaqlar arasında görün kimlər olub - FOTOLAR
-
İdman13:53
Dünyanı şoka salan azərbaycanlı şahmatçı sensasiyalı qələbəsindən danışdı: Etiraf edim ki...
-
Region13:38
Ermənistan çıxılmaz vəziyyətdə: Yükləri İranda ilişib qaldı
-
Avropa13:08
Tarixdə ilk: Britaniya kəşfiyyatına gürcü qadın rəhbərlik edəcək
-
Sosial11:58
Ekspert üsyan etdi: Bu sistem gənclərə hansı dəyərləri ötürüb?
-
Region10:50
Pezeşkian Azərbaycana müraciət etdi: İsraili dayandırın
-
Yaxın Şərq10:36
İsrailin hücumuna görə bu ölkə günahkardır - Pezeşkian adını açıqladı
-
Region09:12
İsrail SEPAH-ın Qüds Qanadının komanda məntəqələrini vurdu - VİDEO