Dünya
İŞİD-dən Ərdoğana xəbərdarlıq: “Sənin xəlifəliyin sona çatır” - VİDEO
İŞİD terror təşkilatı “youtube.com” videopaylaşma saytında yerləşdirdiyi videoda Türkiyə prezidenti Ərdoğana “sənin xəlifəliyin sona çatdı” xəbərdarlığı edib.
Publika.az xəbər verir ki, İŞİD terror təşkilatı internetdə yayımladığı bir videoda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı açıq-aşkar təhdid edir. Belə ki, İŞİD Ərdoğana xitabən “sənin xəlifəliyin sona çatdı” deyir.
Təxminən 2,5 dəqiqəlik videoda Əfqanıstanda müsəlmanlara qarşı başladılan “Xaç Yürüşündə” Türkiyənin yaxından iştirak etdiyi deyilir: “Türkiyə müsəlmanlara qarşı keçirilən əməliyyatda NATO hərbi qüvvələrinin komandiri idi. Bu gün də ABŞ-ın başçılığı altında qurulan şeytan koalisiyası ilə birlikdə hərəkət edir”.
Videonun axırında “müsəlman qardaşların xəlifəsi Ərdoğana mesaj” başlığında bir yazı verilib: “Sənin xəlifəliyin dövrü sona çatır. Türkiyə təkbirə gələcək və heç kim bizə mane ola bilməyəcək. Allahın gücü sizin şeytani koalisiyanızdan daha güclüdür. Görəcəksiniz”.
Qabil
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi