Dünya
Gürcüstanı hələ də İvanişvili idarə edirmiş – Baş nazirdən şok etiraf
Gürcüstan prezidenti Georgi Marqvelaşvilini tənqid edən keçmiş baş nazir Bidzina İvanişviliyə hazırkı baş nazir İrakli Qaribaşvilidən dəstək gəlib.
Publika.az xəbər verir ki, baş nazir “İmedi” telekanalının canlı efirində verdiyi müsahibədə İvanişvilinin kimsəni heç vaxt haqsız olaraq tənqid etmədiyini bildirib.
“Bidzina İvanişvili heç vaxt heç kimi haqsız olaraq tənqid etməyib. Ən azından mən belə bir hadisəni xatırlamıram. Əgər Qaribaşvili, Usupaşvili, Marqvelaşvili, Saqanelidze və başqaları tənqidə layiqdirsə, bu təəccübə səbəb olmamalıdır. Düşünürəm ki, bu normaldır”, - deyə İ.Qaribaşvili vurğulayıb.
Baş nazir keçmiş hökumət başçısı ilə əlaqəsinin olduğunu heç vaxt gizlətmədiyini dilə gətirib: “Mən cənab Bidzina ilə 10 ildir tanışam və çox yaxın münasibətlərimiz var. Gizlətmirəm ki, ondan məsləhətlər alıram. Arzulayardım ki, Gürcüstanda mümkün qədər daha çox Bidzina İvanişvili olsun. Arzulayardım ki, mənim bu cür məsləhətçilərim çox olsun. Bütün normal ölkələrdə keçmiş və yeni prezidentlər məsləhətləşirlər. Mən heç vaxt onun məsləhətlərindən şübhələnmirəm. Əminəm ki, onun məsləhətləri ölkəmiz üçün düzgün qərar qəbul etmək üçün əvvəldən sonuna kimi düşünülüb”.
Qeyd edək ki, B.İvanişvili Marqvelaşvili-Qaribaşvili qarşıdurmasına görə məsuliyyət daşıyan tərəfin məhz prezident olduğunu söyləyib.
Ömər Dağlı
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi