Pulsuz qalan qadın bankı yandırdı, qarşısında POZA VERDİ
Bizi izləyin

Dünya

Pulsuz qalan qadın bankı yandırdı, qarşısında POZA VERDİ

Fransız qadın hesabında kifayət qədər pul olmadığını anladıqdan sonra Nanterre şəhərindəki "Societe Generale" bank filialını yandırıb.

Bu barədə Publika.az xarici KİV-ə itinadla xəbər verir.

Nəşrin məlumatına görə, fransalı qadın öz hesabından nağd pul çıxarmağa çalışsa da, bank işçisi ona lazım olan məbləği verə bilməyib və imtina etmək məcburiyyətində qalıb. Daha sonra qadın “Molotov kokteyli” çıxararaq onu yandırıb və otağın içərisinə atıb.

Yanğın bütün binaya yayıldıqda, bank müştəriləri çaxnaşma içində bankdan qaçıblar, lakin cinayətkar polisdən gizlənməyə belə cəhd etməyib - o, yanan binanın qarşısında poza verməyə başlayıb.

Həbs edildikdən sonra o, psixi pozğunluqda şübhəli bilinib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm