"Starbucks"in donuz əti aromalı kofesi müzakirələrə səbəb oldu
Bizi izləyin

Dünya

"Starbucks"in donuz əti aromalı kofesi müzakirələrə səbəb oldu

Dünyaca məşhur qəhvə şirkəti "Starbucks" Çində satışa təqdim etdiyi donuz əti aromalı qəhvə ilə gündəmə gəlib.

Publika.az xəbər verir ki, Çinin "Juipai News" saytı Hubei əyalətinin Uhan şəhərindəki "Starbuck Reserve" filiallarında donuz əti aromalı qəhvələrin satıldığını yazıb.

Çində ənənəvi olaraq qeyd olunan və Qərbdə “Çin Yeni İli” də adlandırılan Ay Yeni ili üçün xüsusi hazırlanmış qəhvədə espressoya qaynadılmış süd və donuz əti sousu əlavə edilir.

Çin mətbəxində tez-tez istehlak edilən az atəşdə bişirilmiş "Dongpo" adlı donuz əti sousu ilə aromalı qəhvələrin hər biri 68 Çin yuanına satılır.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm