Saakaşvili: “Qolubağlı vəziyyətdə zindanda oturmaq istəmirəm”
Bizi izləyin

Dünya

Saakaşvili: “Qolubağlı vəziyyətdə zindanda oturmaq istəmirəm”

Publika.az xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “Forbes” jurnalına müsahibəsində deyib.

M.Saakaşvilinin sözlərinə görə, o, Gürcüstanla qonşu olan ölkələrə səfər edən zaman prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları da həmin ölkələrə ezam edilir, baş nazir İrakli Qaribaşvili isə bu ölkələrin liderlərinə zəng etməyə başlayır.

“Facebook”da mənə daim yazırlar ki, Gürcüstana qayıdım. Mən bu məsələ ilə bağlı minlərlə məktub alıram və məndən niyə qayıtmadığımı soruşurlar. Bu suala bir universal cavabım var: mən Gürcüstana qayıdaraq hansısa savadsız müstəntiqin qarşısında dayanmaq və qolubağlı vəziyyətdə zindanda oturmaq istəmirəm. Halbuki belə bir vəziyyət Gürcüstanı biabır edir”, - deyə keçmiş prezident söyləyib.

Qeyd edək ki, Gürcüstanın baş prokurorluğu keçmiş prezidentə səlahiyyət həddini aşması ilə bağlı ittiham irəli sürüb. Saakaşvilinin adı 2005-ci ildə Gürcüstan parlamentinin deputatı Valeri Qelaşvilinin döyülməsinin təşkilində keçir. İstintaq versiyasına görə, Saakaşvili 2007-ci il noyabrın 7-də Tbilisidəki mitinqin dağıdılması, “İmedi” televiziya şirkətinin talan edilməsi və mərhum oliqarx Badri Patarkatsişvilinin mülkiyyətinin mənimsənilməsində şübhəli bilinir.

Saakaşvili Gürcüstandan 2013-cü ilin noyabrında gedib və indiyədək ABŞ-da yaşayır. Tbilisi şəhər məhkəməsi avqustun 2-də onun bu cinayətlərə görə qiyabi həbs olunması haqda qərar çıxarıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm